ABŞ-də soyuq müharibənin gücləndiyi dövrdə iki döyüş təyyarəsinin toqquşması nəticəsində dənizə düşən nüvə bombası 65 ildir ölkədə narahatlıq yaradan sirr olaraq qalır.

İqtisadiyyat.az xəbər verir ki, narahatlığa səbəb 1958-ci ildə qəzadan sonra Gürcüstan sahillərinə düşən ABŞ-yə aid nüvə bombasının bu günə qədər tapılmamasıdır. 

Soyuq Müharibənin gücləndiyi bir vaxtda Hərbi Hava Qüvvələrinə məxsus biri "Mark 15" termonüvə bombası daşıyan iki təyyarə Gürcüstan səmasında toqquşub. Qəza zamanı zədələnən təyyarə Taybi adasına eniş edə, bombanı təhlükəsiz şəkildə adaya yerləşdirə bilib. Ancaq daha sonra bomba itib.

İllərlə araşdırmalara baxmayaraq tapıla bilməyən bomba ABŞ-də müzakirə edilən sirr olaraq qalmaqdadır. Bölgədə radioaktivliyin səviyyəsinin vaxtaşırı yüksəlməsi uzun müddətdir ki, ABŞ administrasiyasının narahatlığına səbəb olub.

ABŞ Hərbi Dəniz Qüvvələri okeanın metrlər altında basdırıldığı təxmin edilən bombanı tapmaq üçün dalğıclarla birlikdə dəfələrlə dəniz dibində axtarışlar aparsa da, bu günə qədər bombanın izinə rast gəlinməyib.