"Birləşmiş Ştatlar Qəzza zolağının cənubundakı fələstinli mülki sakinlərin ən yaxşı şəkildə necə müdafiə olunacağını İsraillə müzakirə edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Biz israillilərlə mülki təhlükəsizlik üzrə işləyirik və son 24 saat ərzində bu barədə, xüsusən də Qəzza zolağının cənubundakı mülki əhalinin müdafiəsini ən yaxşı şəkildə necə təmin etmək barədə müzakirələr aparırıq", - Miller qeyd edib.

Miller təfərrüata varmayıb, lakin qeyd edib ki, İsrail hökuməti ilə bu söhbət hazırda da davam edir.