ABŞ Dövlət Departamenti "M107" artilleriya mərmiləri və müvafiq avadanlıqların təxminən 147,5 milyon dollara İsrailə satışını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin press-relizində deyilir.

Məlumata görə, ABŞ İsrailə 147,5 milyon dollarlıq artilleriya mərmilərinin satışını təsdiqləyib.

Bildirilib ki, daha əvvəl İsrail ABŞ-dən bu tipli 4792 sursat istəyib. Sursat İsrailə ABŞ ordusunun anbarından veriləcək.

 

Gözəl Həşimova