ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollar təşkil edib və beləliklə, rekord həddə çatıb.

Bu barədə ölkənin Maliyyə Departamenti bildirib.

Qeyd olunub ki, həmin artımın əsas səbəb COVID-19 virusuna qarşı görülən tədbirlərdir.

Donald Tramp prezident olandan sonra dövlət borcunun 6 trilyon dollar, bu ilin 5 may tarixindən sonra isə daha 1 trilyon dollar artdığı göstərilib.

Xatırladaq ki, mart ayının sonunda Prezident D.Tramp koronavirus pandemiyasının doğurduğu iqtisadi böhran şəraitində iqtisadiyyata 2 trilyon dollardan artıq dəstək tədbirləri barədə qanunu imzalayıb. Bu il aprelin 21-də isə Senat 500 milyard dollar həcmində daha bir tədbirlər zərfini təsdiqləyib.(Report)