ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü Moldovanın paytaxtı Kişinyova eniş edib. Bu, onun qısa Avropa turunun ilk dayanacağıdır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Məlumata görə, turun məqsədi NATO müttəfiqləri, qonşu ölkələr və Qərbin Ukraynaya dəstəyini gücləndirməkdir.  

Agentlik bildirir ki, Blinken Kişinyovda prezident Maya Sandu və digər yüksək rütbəli rəsmilərlə görüşəcək.

ABŞ Dövlət Departamentinin Avropa üzrə baş diplomatı Jim O'Brien cümə günü jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Moldovanın enerji müstəqilliyinə dəstək üçün "güclü paket" elan edəcək.