Avropa İttifaqı (Aİ) və Türkiyə avropalı tərəfdaşların və investorların etimadını bərpa etmək üçün gömrük ittifaqının yenilənməsini müzakirə edəcək.

İqtisadiyyat.az Bloomberg-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat üzrə Avropa komissarı Paolo Gentiloni agentliyə bildirib.

“Son iki həftə ərzində Türkiyənin maliyyə naziri Mehmet Şimşək ilə iki dəfə görüşdük. Nazirin həm hökumətin iqtisadi planları, həm də Türkiyənin Aİ ilə əlaqələri haqqında müsbət açıqlamalar eşitdik. Yaydan sonra komandalarımızla bunu müzakirə edəcəyik və Türkiyədən gələn bu yeni siqnallardan istifadə etməyin mümkün olub-olmadığını görəcəyik".

Yüksək səviyyəli Avropa rəsmiləri Türkiyənin Aİ ilə münasibətləri bərpa etmək səylərini alqışlayıblar. Assosiasiya hesab edir ki, bu ölkə zəifləyən iqtisadiyyatını gücləndirməyə və yaranan böhrana son qoymağa kömək etmək üçün xarici investorları cəlb edir.