Sumqayıtda 51 yaşlı qadın dərmandan zəhərlənib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ceyranbatan bağları kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, şəhər sakini, 1972-ci il təvəllüdlü Abbasova Mətanət Fikrət qızı evdə qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.