Lerik rayonunun Bobla kəndində ümumi sahəsi 110 m² olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən İqtisadiyyat.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.