Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçi sayı 4-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan “News.am" radiostansiyasına deyib.

O həmçinin bir hərbçinin yaralandığını qeyd edib.