35 ölkə Parisdə 2024-cü ildə keçiriləcək Olimpiadanı boykot etməyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Ukrayna və daha 34 ölkə “Ədalətli idman naminə” beynəlxalq koalisiya yaradıb:

“Rusiya və Belarus idmançılarının yarışda iştirakına icazə verilərsə, biz birlikdə Parisdə keçiriləcək Olimpiya Oyunlarını boykot etməyə hazırıq. Beynəlxalq Olimpiya Komitəsinin düzgün qərar verəcəyini və təcavüzkarı qətiyyətlə olimpiadadan uzaqlaşdıracağını gözləyirik”.

 

Gözəl Həşimova