Sumqayıt sakini itkin düşüb.
İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Əlipaşayev Xalid Mübariz oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.