Sumqayıtda 20 yaşlı qız itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Yaşıldərə bağları kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Nəcəfova Nərmin Xanoğlan qızı yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıb.

Hazırda onun tapılması istiqamətində araşdırmalar aparılır.