“12 yaşdan aşağı uşaqların maska taxması məcburi deyil".

Bunu nazirin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, uşaqların koronavirusa yoluxma faizi çox aşağıdır:"Dünyada uşaqlarda virusa yoluxma 1-2 faizdir. Ümümdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə 12 yaşdan aşağı uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur".