2020-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin artb-azalması məlum olub.

Sığorta şirkətlərindən 12-nin sığorta ödənişləri artıb, 8-nin isə azalıb.

Ən böyük məbləğdə artım “Paşa Həyat” (64,34 milyon manat), “Atəşgah Həyat” (11,84 milyon manat), “Paşa Sığorta” (8,98 milyon manat), “Xalq Sığorta” (1,21 milyon manat) olub.
Məbləğə görə ən böyük azalma isə “AXA MBASK” (3,84 milyon manat), “İpək Yolu Sığorta” (3,62 milyon manat), “AtaSığorta” (3,22 milyon manat), “Qala Həyat” (2,79 milyon manat) və “Atəşgah” (2,77 milyon manat) olub.

Faiz ifadəsi ilə ən çox artım olan şirkətlər "Naxçıvansığorta" (6,2 dəfə), “Amrah Sığorta” (3,8 dəfə), “Atəşgah Həyat” (2,5 dəfə) və “Paşa Həyat” (2,2 dəfə) şirkətləri olub.

Həmçinin faizlə ifadədə ən böyük azalma “İpək Yolu Sığorta” (2,7 dəfə), “Qala Həyat” (2,7 dəfə), “AXA MBASK” (8,9 dəfə) şirkətlərində olub.FED.az