Latviya müxalif rusiyalı siyasətçi Vladimir Kara-Murzanın işi ilə əlaqədar Rusiya Federasiyasının on vətəndaşının ölkəyə girişini qadağan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç "Twitter" səhifəsində yazıb.

“Mən bu qondarma işdə əli olan 10 Rusiya vətəndaşının Latviyaya girişinə qadağa qoymaq qərarına gəldim”, - Rinkeviç deyib.