Üçüncü Antalya Diplomatiya Forumunun keçiriləcəyi tarix açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Antalya Diplomatiya Forumunun sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, Üçüncü Antalya Diplomatiya Forumu 1-3 mart 2024-cü il tarixlərində keçiriləcək.

Paylaşımda qeyd edilib: "Regional, qlobal və tematik məsələlərin müzakirə ediləcəyi Üçüncü Antalya Diplomatik Forumu 1-3 mart 2024-cü il tarixlərində baş tutacaq. Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, martın 10-12-də keçirilməsi planlaşdırılan ADF fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra təxirə salınmışdı.