Zəngilan rayonunda digər "ağıllı" kəndlərin təməlinin qoyulması planlaşdırılır.

Bunu Zəngilan rayonunun xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

Onun sözlərinə görə, Zəngilanın Ağalı kəndinə bu günə qədər 66 ailə köçürülüb: "Növbəti evlər hazır olan kimi digər ailələrdə köçürüləcək. Ağalı
kəndinə köçürülmə bu il və gələn illərdə mərhələli şəkildə planlaşdırılır".

O qeyd edib ki, mayın 28-de Zəngilanın Baş Planı artıq Prezident İlham Əliyevə təqdim edilib: "Baş Plan əsasında kifayət qədər komfortlu şərait yaradılacaq, alçaq mərtəbəli və müasir evlər tikiləcək. Zəngilanda "Ağıllı" layihələr həyata keçiriləcək".