Türkiyədə zəlzələ bölgəsində yaşayan və xəbər alınmayan azərbaycanlıların sayı son məlumata görə 9-dur.

İqtisadiyyat.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, dəqiq rəqəm demək çətindir: “Rəqəmlər hər an dəyişir, ona görə dəqiq rəqəm demək çətindir”.