Yaponiyanın Baş naziri Kişida Fumio yazda COVID-19-u mövsümi qrip kateqoriyasına salmaq istədiklərini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, o, yazda COVID-19-u mövsümi qripi də əhatə edən "Kod 5" xəstəlik kateqoriyasına yerləşdirmək üçün ekspertlər qrupunun müzakirələrini təşviq edəcəyini söyləyib.

"Yaponiyanın normal vəziyyətə qayıtması" üçün epidemiya əleyhinə tədbirləri tədricən dəyişdirəcəklərini qeyd edən Kisida, peyvənd tətbiqlərinin davam edəcəyini bildirib.

"Biz ehtiyat tədbirlərinin və tibbi sistemlərin mövcud olduğundan əmin olmaqla 8-ci dalğanın (COVID-19) aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik."

Səhiyyə Nazirliyi hazırda COVID-19-u ağır kəskin tənəffüs çatışmazlığı və vərəm xəstəliklərini əhatə edən “Kod 2” xəstəlik sinfinə daxil edib.