Bu ilin yanvar ayında Azərbaycanın İstilik Elektrik Stansiyalarında (İES) 210,1 milyon kVt/s və ya 8,56 % artaraq 2 milyard 664,7 milyon kVt/s, Su Elektrik Stansiyalarında (SES) 13,5 milyon kVt/s yaxud 24,95 % azalaraq 67,2 milyon kVt/s elektrik enerjisi istehsal olunub.

İqtisadiyyat.az bildirir ki, bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Bu dövrdə digər mənbələr (Külək Elektrik Stansiyası – KES, Günəş Elektrik Stansiyası – GES və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu - BMTZ) üzrə elektrik enerjisinin istehsalı 24,06 milyon kVt/s olub.

Bu da müvafiq dövrlə müqayisədə 0,64 milyon kVt/s, yaxud 2,59 % artıb.

Ay ərzində KES-lərdə 0,78 milyon kVt/s (88,36 % azalma), GES-də 3,93 milyon kVt/s (19,09 % artım), BMTYZ-da isə 19,35 milyon kVt/s (31,63 % artım) elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub.