Elm və Təhsil Nazirliyi təhsil haqqında dövlət sənədləri blanklarının istehsalı ilə bağlı işlərə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik dövlət sənədlərinin istehsalını "Şərq-Qərb" nəşriyyatına tapşırıb.

Nazirliklə nəşriyyat şirkəti arasında dövlət sənədlərinin istehsalı ilə bağlı 427 240,24 manat dəyərində müqavilə bağlanıb.

Məlumata görə, bakalavr, subbakalavr, magistr pilləsi və baza ali tibb təhsili üzrə 8250 fərqlənmə diplomu hazırlanacaq.

İstehsalı nəzərdə tutulan təhsil haqqında dövlət sənədləri ilə aşağıdakı siyahı vasitəsilə tanış olmaq mümkündür: