XX əsrdən bəri yeraltı təkanlarla bağlı istifadə edilən texnologiya təkmilləşdirilsə də, elm adamlarının zəlzələləri proqnozlaşdırmaq imkanları hələ də məhduddur. Təxmini hesablamalara görə, dünyada hər il 500 mindən çox zəlzələ baş verir. Bunlardan çoxu ya hiss edilmir, ya da cüzi hiss edilir.

İqtisadiyyat.az zəlzələlərlə bağlı dünya statistikasının materialları əsasında araşdırma aparıb.

Məlum olduğu kimi zəlzələlər 12 ballıq şkala ilə ölçülür. 7 baldan daha çox gücə malik zəlzələlər əsasən dağıdıcı hesab olunur.

Araşdırmalara görə, ötən il dünyada maqnitudası beş və ya daha çox olan cəmi 1712 zəlzələ qeydə alınıb. Onların bəziləri dağıdıcı olub və fəlakətlə nəticələnib. Ötən il qeydə alınan yeraltı təkanlar fəsadlarına görə XXI əsrdə ağır hallarla nəticələnən təbiət hadisəsi kimi tarixə düşüb. Məlumat üçün bildirək ki, tarixdə ən çox insan itkisinə səbəb olan yeraltı təkanlar 1556-cı ildə Çinin şimal-qərbində baş verib. 8 bal gücündə baş verən zəlzələ zamanı 830 min insan həyatını itirib.

Bəs 2000-ci ildən 2023-cü ilə qədər dünyada nə qədər zəlzələ olub?

İllər

Zəlzələ sayı

2000

1505

2001

1361

2002

1341

2003

1358

2004

1672

2005

1844

2006

1865

2007

2270

2008

1948

2009

2057

2010

2383

2011

2481

2012

1523

2013

1595

2014

1729

2015

1565

2016

1696

2017

1566

2018

1808

2019

1637

2020

1433

2021

2206

2022

1726

2023

1712

Məlumata görə, 2023-cü ildə dünyada bu təbii fəlakət nəticəsində ölənlərin sayı 95 min nəfərə çatıb. Bu, 2010-cu ildən bəri planetdə rekord göstəricidir. Həmin il dünyada təbii fəlakətlər nəticəsində ümumi iqtisadi itkilər təxminən 380 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə ən çox insan tələfatı ilə nəticələnən təbiət hadisəsi Türkiyə və Suriyada qeydə alınıb. Bu ölkələrdə ötən il baş verən zəlzələlər 2023-cü ilin ən ölümcül fəlakətləri olub və təxminən 60 min insan həyatını itirib.

Amma əsr başlayandan indiyədək dünyada ən böyük insan tələfatı ilə nəticələnən zəlzələlər 2004, 2008 və 2010-cu illərdə baş verib. Bu dövrdə müvafiq olaraq, 260 min, 245 min və 255 min nəfər insan yeraltı təkanlar nəticəsində həyatını itirib.

Son 23 ildə zəlzələ nəticəsində həyatını itirənlərin sayı aşağıdakı kimidir:

İl

Ölənlərin sayı

2000

23 min nəfər

2001

45 min nəfər

2002

32 min nəfər

2003

129 min nəfər

2004

260 min nəfər

2005

123 min nəfər

2006

55 min nəfər

2007

34 min nəfər

2008

245 min nəfər

2009

28 min nəfər

2010

255 min nəfər

2011

62 min nəfər

2012

22 min nəfər

2013

44 min nəfər

2014

22 min nəfər

2015

37 min nəfər

2016

25 min nəfər

2017

40 min nəfər

2018

28 min nəfər

2019

44 min nəfər

2020

23 min nəfər

2021

36 min nəfər

2022

32 min nəfər

2023

95 min nəfər

 

Gözəl Həşimova