Venesuelanın Neft Naziri və Dövlət Neft Şirkətinin (“PDVSA”) prezidenti Manuel Quevedo jurnalist Jose Vicente Rangel ilə müsahibəsində bir sıra açıqlamalar verib .

İqtisadiyyat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, o, ABŞ-ın “PDVSA”-ya sansksiyaları və Venesuelanın ABŞ-da fəaliyyət göstərən “Citgo” neft-kimya şirkətinə təsir və nəticələrindən söz açıb.

Keçən həftə ABŞ-ın “PDVSA”-ya tətbiq etdiyi sanksiylardan az ziyanla qurtulmağın mümkün olmadığını deyən Quevedo, bunun dünya neft bazarında mənfi təsirlər yarada biləcəyini vurğulayıb.

5r.jpg

'ABŞ sanksiyaları neft qiymətlərinə təsir edəcək'

Quevedo, ABŞ-ın sanksiya və iqtisadi müharibələrinin 2019-cu ildə neft qiymətlərinə təsir edəcəyini ifadə edib.

Nazir həmçinin ABŞ-ın Venesuelaya məxsus “Citgo” neft-kimya şirkətinə tətbiq etdiyi sanksiyalara da toxunub. O, mövcud sanksiyalarla Venesuelanın neft ixracını davam etdirdiyini və əldə edilən gəlirin də müvəqqəti prezident Xuan Quaydo tərəfindən idarə olunduğunu deyib.

'Təcavüzlər sanksiyalarla həyata keçirilməyə çalışılır'

Quevedo, “Citgo”-ya olunan sanksiyaların tamamilə qanundan kənar olduğunu dilə gətirib.
ABŞ yanvarın 28-i “PDVSA”-ya sanksiya qərarını verib. Nikolas Maduronun hakimiyyətini tanımayan Xuan Quaydo həmin gün şirkətin bank hesablarını öz nəzarətinə keçdiyini deyib.

“Citgo”, əvvəlki sanksiyalara görə, 2017-ci ilin avqust ayından bu yana Venesuelaya xarici valyuta daxil edə bilmir. Şirkət, bunun əvəzinə Venesuela və digər ölkələrə emal olunmuş neft və neft məhsulları satır.

Xatırladaq ki, ABŞ-da Venesuela neftinin ən böyük idxalçısı olan “Citgo”nun, 3 min 500 işçisi, 5 mindən çox qaz stansiyası, 9 boru xətti və 3 neft emalı zavoduna gündəlik 760 min barel xam neft verir.