Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") ilə əməkdaşlıq çərçivəsində iyunun 13-də Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumunu keçirəcək.

"AHK Azərbaycan"dan bildirilib ki, builki tədbirdə biznes mühiti mövzusu üzrə plenar sessiya və kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel sessiyaların keçirilməsi nəzərdə tutulur.