Həyatımıza həmişə fərəh gətirən üşaqlar ömrümüzün bəzəiyi olaraq qalır. İndi onların  tələb və ehtiyacları da artır. Elə etməliyik ki, uşaqların boy atıb yetkinləşmə prosesi maksimum dərəcədə komfortlu və yaddaqalan olsun. Uşaq təəssüratlarının istər valideynlər, istərsə də uşaqların özü üçün effektini heç nə əvəz edə bilməz.

Uşaqlar üçün istehsal olunan mal və məhsulların miqyası və çeşidi durmadan artır, bu gün onun həcmi industrial çərçivələrlə ölçülür ki, bunu nəzərə almamaq qeyri-mümkündür. Odur ki, bu istiqamətdə seçim, qismən də olsa, rahat və düzgün yönləndirilmiş olsun deyə,məhsulların reklama ciddi ehtiyacı var. Bu da ilk növbədə uşaq aləminin fərqliliyi, uşaq qavrayışının özəlliyi  ilə şərtlənir.

Uşaqlar üçün məhsullar özünəməxsus xüsusiyyətlərlə səciyyələnir və əsasən iki aspektlə şərtlənir. Birinci qrupada yer alan məsullar valideynlər tərəfindən seçilən və uşağa alınanlardır. İkinci qrupa isə uşaqların özlərinin almaq istədikləri məhsullar daxildir. Birinci qrupda olan məhsulların reklamının  ünvanı valideynlər olduğu üçün bu yöndə kreativ işlərdə bəlli yollarla getmək, ənənəvi formatda və parametrlərdə yaradıcılıq həllərini fərqli reklam materialları olaraq təqdim etmək məsləhətdir. Böyüklərin uğaqları sevgi və qayğısından qaynaqlanan bu reklamlar təsirsiz qalmayacaqdır.

Uşaqlar üçün ikinci qrupa daxil olan məhsulların reklamının bilavasitə uşaqların özünə ünvünlandığını nəzərə alsaq, təbii ki, burada ciddi fərqlərin və kreativ çətinliklərin olduğunu görəcəyik. Burada quru rəqəmlərlə, faktlarla, başqa məhsullarala müqayisəetmək yolu ilə nəticə əldə etmək real deyil.

Uşaqların diqqətinin yez-tez müxtəlif obyektlərə yayındığını, onlarımaraqlandıracaq parlaq və əlvan rəngli görüntülərin tələb olunduğunu,  materiallardan qısa və konkret mesaj istənildiyini  nəzərə alsaq, uşaq məhsullarının reklamının məsuliyyətli və mürəkkəb olduğunu, kökündən fərqli yanaşma tələb etdiyini təsəvvür etmək çətin deyildir.

Uşaqlar üçün görüntü effektləri, ritm və asan qavranılan mətn çox önəmlidir. Məhsulun təsvirinin gözəl və diqqətçəkici olması vacibir. Əgər bu visual effektlərə nail olsanız, uşaqlar öz valideynlərindən məhz sizin istehsalınız olan malı və ya məhsulu almasını istəyəcəklər.

Uşaq  auditoriyası qədər kreativə həssas hədəf kütlə tapmaq çətindir. Uşaqlar həyatı oyun kimi yaşayırlar. Səs-küy, energetika və dinamika, hərəkət, emosinal ruh yüksəkliyi uşaqların həyat tərzinin ayrılmaz hissəsidir. Onların qavrayış və təfəkkür tezliyi də böyüklərdən ciddi fərqlənir, hər şey burda, hər şey indi fəlsəfəsinə dayanıqlıdıır.

Uşaq reklamı özünəməxsus kamillik zirvəsidir. Al-əlvan rənglər, möhtəşəm həyat və təbiət mənzərələri, fərqli dinamika ilə plastikanın üzvi vəhdəti, bütün bunlar uşaq qida məhsullarının və oyuncaqlarının satışına inanılmaz impuls verə bilir. Fərqli vizual və səs effektləri, öz növbəsində, uşaqların xüsusi rəğbətini qazanacaqdır.

Amma uşaqlar üçün reklam aksiyalarının etik baxımdan diqqət yetiriləsi iki aspekti var və bunu heç vaxt nəzərdən qaçırmaq olmaz. Birincisi, “cari reklam, habelə onun  təşviq etdiyi məhsul uşaq üçün ziyanlı olmazmı?”və ikincisi, “bu reklam çarxında təklif olunan məhsul uşaqların psixi inkişafına maneə olmazmı?”sualları obyektiv olaraq cavablandırılmalıdır. Uşaqların psixoloji xüsussiyyətlərinin dürüst analizi yaradıcılıq məhsulu kimi reklamın effektiv olacağına təminat verir və bunu həyat təcrübəsi, marketinq praktikası dəfələrlə sübut etmişdir.

Texas A&M University-nin marketinq üzrə professoruCeyms MakNilin fikrincə, uşqalar hədəf kütlə olaraq, 3 baxımdan diqqəti cəlb edir:

  • Birincisi, uşaqların özlərinin pulları olur və bu pulu onlar öz istəklərinə xərcləyirlər, amma bu zaman reklamların təsiri altında qərar verirlər.
  • İkincisi, uşaqlar onlara nəyin alınması prosesində valideynlərin qərarlarına təsir göstərə bilirlər.
  • Uşaqlar böyüyəndə belə, onların istehlakçı tələb və vərdişləri uşaqlıqda təsiri altında olduqları reklamlarla formalaşmış olur.

Bu baxımdan hədəf kütləsi uşaqlar olan şirkətlərin reklam strategiyaları uşaqların yaş xüsusiyyətlərini nəzərə almaqla qurulmalıdır. Sirr deyil ki, bəzi hallarda, bunu araşdırmalarla mütəxəssislər də təsdiq edirlər, uşaqlar valideynlərin alacağı hər hansı texniki vasitənin özəlliklərini ata-analarından daha yaxşı bilirlər və qərar verilməsində bir fərd olaraq yaxından iştirak edirlər.

Uşaq reklamının strategiyasının hazırlanmasında, ilk növbədə, mövcud qanunvericilik önə çəkilməlidir. Digər tərəvdən, mütəxəssislər bu faktorları da nəzərə almağı məsləhət bilirlər:

  • Uşaqların cib xərcəli vardır və onları hələ uşaq yaşlarından başlayaraq bu xərclərə savadlı sərəncam vermək vərdişlərinə alışdırmaq zəruridir.
  • Uşaqlar pulu ağrı neyronlarının deyil, sahib olma duyğusunun sevinci ilə xərcləyir və pulun əsil dəyərini hələ tam anlamırlar.
  • Uşaqların təsiri ilə övlad sevgisi zəminində valideynlər cuddi büdcə xərcinə razlıq verirlər.
  • Bəzi hallarda uşqalar məhsulun texniki xarakteristikası barədə valideynlərindən daha məlumatlı olur və ata-analar uşağa inanırlar.
  • Bəzi hallarda soyuducuda məhz uşağın istəyi ilə alınan məhsullar siyahısı formalaşır.
  • Uşaqlar bir zaman böyüyəcəklər, deməli, onların çoxlu pulu olacaq, uşaqlıq təəssüratları və xatirələri isə heç vaxt hafizədən silinmir.

  • Uşaqlar üçün məhsul istehsalında da məhz onların qavrayışı önə çəkilməlidir, pulu verən valideynin yanaşmasının uşaq uçun məhsul seçimində əsas götürmək yanlış da ola bilər.
  • Valideynlər də öz uşaqlıqlarının zövq və tələblərini öz balalarının  dünyasına copy past etməməlidirlər, çünki hər zamanın öz uşaqlığıvardır.
  • Valideynlərin qərarı uğaqların istəyi ilə üst-üstə düşməyə də bilər və məhz bu baxımdan uşaq üçün nə isə alınırsa, onun istəyinin nəzərə alınması həm uşağın həmin məhsula bağlantısını gücləndirər və həm də onun fikrinə hörmət bəslənilməsi uşağın özünə güvəncini yüksəltmiş olardı.
  • Böyüklər uşaqların istəyini soruşanda əslində özlərini aşağılanmış kimi deyil, uşağın aləmində yüksəlmiş kimi hiss etməlidirlər və bunun əvəzində uşağın onlara sevgisinin artdığını dərhal duyacaqlar.

Uşaqların televizyada videoçarxlarla təması zaman baxımından və münasibətəgörə ciddi şəkildə fərqlənir. Məsələn, böyüklər reklamdan doyuduqlarını əsas gətirərək, uzaqdan komanda pultlrının köməyi ilə kanalları tez-tez dəyişirlər.

Komkon-Media şirkətinin araşdırmaları onu deməyə əsas verir ki, uşaqlar böyüklərdən fərqli olaraq, reklama maraqla və dönə-dönə baxırlar. Uşaqların yaşı artıqca, onların reklama marağı nisbətən azalır.

Balaca uşaqlar isə reklamı mesajın dərinliyinə varmadan, hərəkət, rəng, səs və görüntü effektlərinə görə xüsusi maraqla izləyirlər. Araşdırmalar göstərir ki, 9 yaşa qədərki uşaqların 44 faizdən çoxu reklama sona qədər baxır, 19 yaşa qədər bu rəqəm azalaraq 16 faizə düşür.Müəyyən olunub ki, 12 yaşa qədər uşaqlar ildə 25 000-dən dəfədən çox televiziya çarxları izləyirlər.

Uşaqlar stasionar obyektlərə baxmırlar, onlar diqqətini hərəkətli predmet və obyektlər cəlb edir. Hətta yaşlı insanlra da uzun müddət statik vəziyyətdə olan obyektiə baxa bilmirlər, gözlərin yorulması səbəbindən konsentyrasiya itir.

Müasir reklam isə dinamikliyi, ritm yüksəlişi və kadrların zənginliyi ilə seçilir. Böyüklər iradi cəhdlə başqa kanala keçə bilirlər. Uşaqlar isə 30-60 saniyəlik filmin sürətli kadr dəyişiklikləri sayəsində formalaşan dinamik kompozisiyanın təsirindən tez qurtula bilmirlər və tamamilə reklamın təsirinə məruz qalırlar.

Uşaqların qavrayışının formalaşması və şəxsi inkişafı məktəbəqədər dövrdə sosiallaşmaya doğru inkişaf edir. Bu dövrdə onun təəssüratları yaddaşda dərin yuva salmaqla bərabər, onun dünyagörüşünün və istehlakçı alışqanlıqlarının formalaşmasında da ciddi mərhələ kimi fəqrlənir.

Bu baxımdan uşaq reklamları xüsusi yanaşma tələb edir. Kreativ insanlar və marketinq strateqləri  reklam aksiyalarının həyata keçirilməsində uşaq psixoligiyasının bütün nüanslarını nəzərə almalı, onların təlim və tərbiyə prosesində formalaşmasına mənfi təsir göstərilməmsini xüsusi olaraq diqqət mərkəzində saxlamalıdırlar. Əksinə, ətraf mühitin qavranılmasında və düzgün davranış mədəniyyətinin formalaşmasında uşaqlara etibarlı dəstək olmalıdırlar. Hər kəs bilməlidir ki, uşaqların ilkin təəssüratları çox dərin olur və hafizəyə birdəfəlik həkk olunur.

Reklamda göstərilən obrazlar, animatik personajlar aqressiv olmamalıdır, animasiyalar həyatsevər və könülaçan təsir bağışlamalıdır, maskotlar xeyirxah olmalıdırlar. Reklamlar evdə analara köməkçi və məktəbdə uşaqlara yardımçı olmalıdır.

Bir yerli reklam mıhsuluna da diqqəti cəlb etmək istərdim. MPRO məhsullarının reklamı məqsədi ilə bu çarxın konseptini hazirladığımız zaman biz əsas diqqətimizi uşaqların qida məhsullarına bağlantısını və onun fonunda anaya kömək etmək istəyində həvəsli olduqlarını göstərməyə yönləndirmək istədik. Məktəbli oğlanın  kommunikasiya qurmaq fərasətini və özündən yaşlılara ünsiyyətdə fərqli davranışını vurğuladıq.

Uşaq reklamında mesajlar ailələrə narahatlıq gətirməməlidir.Reklam materialları uşaqlarda reklam olunan məhsullara sahiblənmək üçün bir faydalı iş görməyin zəruruliyini aşılamalıdır, bağçavə ya məktəbdə hansısa bir uğur qazanmalı olduqlarının zəruriliyini anlatmalıdır, alınan məhsul və xidmətə layiq olduqlarını öz əməli işləri va nümunəvi davranışlarıı ilə sübut etməli olduqlarını xüsusi vurğulamalıdır.

Teymur Məmmədov,

Kreativ Direktor,

Adver.az