"Putin sülhə hazırlaşmır, daha böyük müharibəyə hazırlaşır".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu bu gün Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iclasının ikinci günü çərçivəsində plenar iclası açan Alyansın baş katibi Yens Stoltenberq bildirib.

O qeyd edib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə davam edəcək.