Ukraynanın enerji infrastrukturunun demək olar ki, yarısı sıradan çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, Kiyevin Avropa ölkələrindən əlavə yardıma ehtiyacı var.

"Ukraynanın həm enerji sahəsində, həm əlavə avadanlıqların tədarükü, həm əlavə həcmdə qazın alınması üçün vəsait, həm də enerji sektoruna daha çox dəstək üçün avropalı tərəfdaşlardan əlavə dəstəyə ehtiyacı var", - deyə Şmiqal bildirib.