Hindistan bu ilin iyun ayında 18,55 milyon ton neft idxal edib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 7,6% azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Bu dövrdə ölkə neft idxalına 11,311 milyard dollar xərc çəkib.

Ümumilikdə, bu ilin birinci yarısında Hindistan 129,16 milyon ton neft idxal edib (78,32 milyard dollar).

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandan Hindistana 568,7 milyon dollarlıq neft ixrac edilib.

 

Gözəl Həşimova