Finlandiyanın Ukraynaya yardımının həcmi 2022-ci illə müqayisədə xeyli azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “İltalehti” qəzeti məlumat yayıb.

Belə ki, Finlandiyanın Ukraynaya yardımı 2022-ci ildəki 39 milyon avrodan bu il 1,5 milyon avroya düşüb.

Nəşrin hesablamalarına görə, bütün kanal və təşkilatlar vasitəsilə ölkəyə ayrılan ianələr kəskin şəkildə azalıb. Beləliklə, Finlandiya Qızıl Xaç Cəmiyyəti 2023-cü ildə 5 milyon, bu il 1,5 milyon, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2022-ci ildə 24 milyon, 2023-cü ildə 3,5 milyon, bu il  isə 1 milyon dollar ianə toplayıb.

 

Gözəl Həşimova