Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynadakı əməliyyat qüvvələrinin birgə qrupunun komandanı təyin edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müvafiq qərar Rusiya müdafiə naziri Sergey Şoyqu tərəfindən qəbul edilib. Qrupa əvvəllər rəhbərlik edən Sergey Surovikin Gerasimovun müavini olub.

Quru Qoşunlarının komandanı Oleq Salyukov Aleksey Kim də Gerasimova müavin təyin edilib.