Suraxanı rayonu ərazisində “VAZ- 2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq rayon ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.