"Bu il Ukrayna üçün qələbə ili olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov “The New Voice of Ukraine” agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, Ukrayna və Rusiya arasında danışıqlar baş tutmayacaq:

"Fikrimcə müharibə tezliklə sona çatacaq. Şəxsən mən bu ilin Ukrayna üçün qələbə ili olacağına inanıram. Ukrayna Rusiya diktatoru Putinlə sülhə razı olmayacaq. Prezident Zelenski onunla masaya əyləşməyəcək".