Rusiya neftinə qiymət tavanının qoyulmasından sonra Türkiyə sahillərində neft tankerlərinin buraxılışı ləngiyib və tıxac yaranıb. Bu, rəsmi Ankaranın gəmilərdən P&I sığortasına (Protection and Indemnity Insurance) sahib olduğunu təsdiq edən məktub tələb etməsi ilə bağlıdır. Financial Times neft sektorundakı mənbəsinə istinadən yazır ki, Rusiya sığorta şirkətləri bu cür təsdiqi Türkiyə hakimiyyətinə təqdim ediblər. Sahilə yan almasına icazə verilən gəmilər, güman ki, Qərb şirkətlərinin sığortasına sahib olan tankerlərdir.