Almaniya Bundesliqa komandalarından biri olan “Ayntraxt Frankfurt”da çıxış edən 22 yaşlı ekvadorlu Villian Paço “Ayntraxt Frankfurt”a gəldikdən 1 il sonra PSJ-yə transfer olub.

İqtisadiyyat.az xəbər verir ki, bu transferdən Frankfurt "Ayntraxt"ı böyük gəlir əldə edib. 22 yaşlı müdafiəçi keçən yay "Royal Antverpen"dən 9 milyon avroya transfer edilmişdi. İndi isə 40 milyon avro və 5 milyon avro bonus qarşılığında PSJ-yə satılıb. Bu satışla Paço bu yay Bundesliqada ən bahalı transfer olub.

Paço Fransa klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.