Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Omurali Azərbaycana səfərə gəlib.

İqtisadiyyat.az bildirir ki, bu barədə qurumun saytında məlumat verilib.

O, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə iştirak edir.

Baş katibin Azərbaycanda yüksək səviyyəli rəsmilər və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü gözlənilir.