Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-nə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, azı 3 min nəfər isə yaralanıb. 

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

***

10:15

Suriyada güclü zəlzələ nəticəsində ölənlərin sayı 3042 olub.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, ölən və yaralananların sayının artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində meydana gələn 7,7 bal gücündə zəlzələ Suriyada da dağıntı və tələfata səbəb olub.