Almaniyanın "Lufthansa" qrupuna məxsus aviaşirkətlər Livanın paytaxtı Beyruta uçuşların dayandırılmasını oktyabrın 15-dək uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Lufthansa"nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq, "Lufthansa" qrupu yenidən uçuş cədvəlinə düzəliş edib. Eyni zamanda, şirkət İsrailin paytaxtı Təl-Əvivə uçuşları sentyabrın 5-də bərpa edib.

Bundan əvvəl "Lufthansa" sentyabrın 30-dək Livanın paytaxtına uçuşları dayandırıb.

 

Gözəl Həşimova