Vilnüs və Berlin Almaniya hərbi briqadasının Litvada yerləşdirilməsi ilə bağlı rəsmi müqavilə imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu müqavilə Almaniyanın Litvanın təhlükəsizliyinə sarsılmaz sadiqliyinin sübutudur",-deyə Litvanın müdafiə naziri Laurinas Kaşyunas bildirib.

Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, bu saziş respublikanın təhlükəsizlik səviyyəsini yeni səviyyəyə qaldıracaq və NATO-nun müdafiəsini gücləndirəcək.