Rusiyadan buğda və meslin ixracına görə rüsum sentyabrın 18-dən bir ton üçün 956,9 rubl olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının kənd təsərrüfatı nazirliyi məlumat yayıb.

Daha əvvəl Rusiyada buğda ixracına görə rüsum 906,4 rubl təşkil edib. Arpanın rüsumu isə yenidən sıfır olacaq.

Qarğıdalı üçün rüsum bir ton üçün 502,7 rubldan 446,3 rubla qədər azalacaq.

 

Gözəl Həşimova