Sumqayıtda bir hektara yaxın açıq ərazidə yanğın olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub.

Yanğının ətraf tikilələrə keçməsinin qarşısı alınıb və qısa müddətdə söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.