Sumqayıt-Bakı qatarının qrafikində gecikmə yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı, qrafikə əsasən Bakıya 08:30-da çatmalı olduğu halda, 08:43-də çatıb.

Qatar mənzil başına 13 dəqiqə gecikib.

Məlumata görə, gecikməyə səbəb qatarda yaranan texniki nasazlıq olub.