2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatlarının həcmi 6,5 % azalaraq 112 milyon 350 min ton təşkil edib.

Bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən neft ehtiyatları 61 milyon 311 min ton (illik müqayisədə 8,7 % az), istehsala daxil edilməyən neft ehtiyyatları 6 milyon 755 min ton (1,9 % az), işlənmiş neft ehtiyyatları 68 milyon 066 min ton (8 % az), işlənməmiş neft ehtiyyatları 44 milyon 284 min ton (4,1 % az) təşkil edib.

Qeyd edək ki, SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib.