İslam Respublikasının prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopterin qəzaya uğramasından sonra İran hökuməti yardım istəyi ilə ABŞ-yə müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.

"İran hökuməti bizdən kömək istədi. Biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Və son nəticədə biz bu yardımı göstərə bilmədik", - Miller qeyd edib.

Millerin iddia edib ki, Vaşinqton əsasən logistik səbəblərə görə Tehrana yardım göstərə bilməyib.