Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.

Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

***

20:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.  

Görüşdə Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal inkişaflar müzakirə edilib.

Görüşdə Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh prosesinin müsbət irəliləyişindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Prezident Ərdoğan bölgədə ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, həm də region ölkələri üçün yeni ab-hava gətirəcəyini bildirib.