Slovakiya “Lukoyl”dan dan boru kəməri ilə neft almağı dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, Avropa ölkəsinə tədarükün ləğvi barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya neft şirkəti Ukraynanın genişləndirilmiş sanksiyalar siyahısına daxil edilib və həmin vaxtdan etibarən ondan tədarük dayandırılıb.

Qeyd edək ki, iyun ayında Kiyev “Drijba” neft kəmərinin cənub hissəsi ilə Slovakiyaya ən böyük neft tədarükçülərindən biri olan "Lukoyl"a qarşı sanksiyaları sərtləşdirib. Bununla da Ukrayna öz boru kəmərlərindən xammalın tranziti üçün istifadəni qadağan edib.