"Səba" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyinə dəyişikliklər olunub.

İqtisadiyyat.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:

1. "Səba" ASC-nin 2023-cü il üçün illik (maliyyə) hesabatları barədə.
2. "Səba" ASC-nin törəmə cəmiyyətlərində iştirak payları, törəmə cəmiyyətlərin nizamnamə kapitalının artırılması və törəmə cəmiyyətlərin ümumi yığıncaqlarında təmsil edilmə barədə.

Qeyd edək ki, yığıncağın iyunun 28-də keçirilməsi nəzərdə tutulub.