Rus ordusunun Slavyanska raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, yaralılardan biri uşaqdır. Zərbənin iki ədəd S-300 raketləri ilə endirildiyi bildirilir.  Nəticədə 7 çoxmərtəbəli, 5 fərdi ev zədə alıb.

Həmçinin Drujovka kəndinəatılan iki ədəd S-300 raketi internat evinə düşüb.

***

13:40

Rusiya ordusu Slovyanskı atəşə tutub., ölən və yaralananlar var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" hesabında paylaşım edib. Yaralılara yardım göstərildiyi və dağıntıların təmizləndiyi qeyd edilib.

"Xalqımıza verilən işgəncələri bağışlamayacağıq, Ukrayna bu ölümləri və yaraları bağışlamayacaq. Bütün rus terrorçuları məğlub olacaq. Bu təcavüzdə əli olan hər kəs cavab verəcək", - Zelenski bildirib.