Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) münaqişədə əsir düşən Ukrayna əsgərlərinə çıxış imkanı verəcəklərini bildirib.


İqtisadiyyat.az xəbər verir ki, BQXK prezidenti Mirjana Spolyaric Egger ilə görüşündə Lavrov Ukraynanın beynəlxalq humanitar hüququn pozulmasına yol verdiyini iddia edib.

Bu pozuntuların 8 ildən artıqdır ki, sənədləşdirildiyini qeyd edən Lavrov, hətta sosial media şəbəkələrində belə rast gəlmək mümkün olduğunu bildirib.

Rusiyanın BQXK-nın əsir ukraynalı əsgərlərə çıxışına icazə verəcəyini qeyd edən Lavrov, “Biz əsir düşən əsgərlərə girişi təmin etmək üçün səylərinizi fəal şəkildə dəstəkləyirik. Biz Ukrayna əsgərlərinin belə çıxışını təmin etmək üçün əlimizdən gələni edəcəyik”. dedi.

BQXK-nın öz humanitar mandatından istifadə edərək Ukrayna məsələlərində qərəzsiz hərəkət etməyə hazır olmasının konstruktiv əməkdaşlığın davam etdirilməsinin açarı olacağına inandıqlarını qeyd edən Lavrov, mülki əhalinin və həbsdə olan əsgərlərin müdafiəsi ilə bağlı ən aktual məsələlərin müzakirəsinə ümid etdiyini bildirib.

Rusiya ilə Komitə arasında kommunikasiya kanallarının açıq və konstruktiv qalmasının çox vacib olduğunu vurğulayan Egger, “Sizi əmin edirəm ki, qərəzsizlik və müstəqillik prinsiplərinə riayət edəcəyəm və bu prinsipləri qorumaq üçün məxfiliyə hörmətlə yanaşacağam.” -, deyə bildirib.