Rusiya futzal yığması yoldaşlıq görüşündə Tacikistana 7:10 hesabı ilə uduzub.
Görüş bazar ertəsi Düşənbədə keçirilib.
İqtisadiyyat.az TASS'a istinadən xəbər verir ki, Rusiya yığmasının heyətində həmyerlimiz Yanar Əsədov 5 qol vurub. Sergey Denisov və Artem Niyazov da hərəyə bir dəfə fərqləniblər.
Noyabrın 8-də komandalar daha bir görüş keçirəcəklər.
Düşənbədə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.