Bu ilin yanvar-iyil aylarında Azərbaycan 9,2 milyard dollar dəyərində 14,6 milyon ton neft ixrac edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,3% azdır.
Bəs Azərbaycan neftinin əsas alıcıları hansı ölkələrdir?
Ölkələr |
Neft ixracının dəyəri |
İtaliya |
3,6 milyard dollar |
İsrail |
1,1 milyard dollar |
Çexiya |
597,1 milyon dollar |
Hindistan |
568,7 milyon dollar |
Xorvatiya |
547,2 milyon dollar |
Portuqaliya |
404,3 milyon dollar |
Böyük Britaniya |
390,8 milyon dollar |
Almaniya |
348,3 milyon dollar |
Rumıniya |
269,1 milyon dollar |
Tailand |
234,2 milyon dollar |
Beləliklə, İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq liderliyini qoruyub.
Gözəl Həşimova